<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Ey Xilaskar, Sən məni sevdin İL302</title>
<lyrics>[V1]
 Ey Xilaskar, Sən məni sevdin,
 Mənə görə Qolqotaya getdin.
 Gəl, məni qurtar çətinlikdən,
 Səni çox sevirəm gəncliyimdən.

[C1]
   Səninlə, Məsihim, Səninlə, Xilaskarım,
   Mən nəfəs alıram, yaşayıram.

[V2]
 Qəmli çağlarımda Sən gəlirsən,
 Qəlbimə sakitliyi Sən verirsən.
 Bilin ki, xoşbəxtliyi İsa verir,
 Tələsin, hər gün ömürdən gedir.

[V3]
 Ey dostum, tələs Məsihlə birləşməyə,
 Ata Allah önünə təmiz gəlməyə.
 O qadirdir qəlbini dəyişdirməyə,
 Sənə əbədi xoşbəxtlik verməyə.</lyrics>
<hymn_number>302</hymn_number>
</song>